İşğal altındakı Abxaziyanın qondarma Konstitusiya Məhkəməsi Bichvinta dövlət bağ evinin Rusiyaya verilməsinə dair razılaşmanın materiallarını "parlament"ə geri qaytarıb
İşğal altındakı Abxaziyanın qondarma Konstitusiya Məhkəməsi Bichvinta dövlət bağ evinin Rusiyaya verilməsinə dair razılaşmanın materiallarını "parlament"ə geri qaytarıb

 

İşğal altındakı Abxaziyanın qondarma Konstitusiya Məhkəməsi Bichvinta dövlət bağ evinin Rusiyaya verilməsinə dair razılaşmanın materiallarını “parlament”ə geri qaytarıb. Bu barədə Abxaziya mətbuatı məlumat yayır.

Belə ki, qondarma Konstitusiya Məhkəməsi sözü gedən “razılaşma”nın qondarma konstitusiyaya uyğunluğunu yoxlamalı idi. Aparat müəyyən edib ki, de-fakto parlamentin tələbi formasına görə konstitusiya yurisdiksiyası haqqında Abxaziyanın qondarma məcəlləsinə uyğun deyil.

Abxaziya ərazisindəki obyektin Rusiyanın mülkiyyətinə verilməsi ilə bağlı “müqavilə” 2022-ci ilin yanvarında Moskvada imzalanıb, lakin hələ qüvvəyə minməyib, çünki Abxaziyanın qondarma parlamenti hələ ki, onu ratifikasiya etməyib. Söhbət Bichvintada 184 hektar torpaq sahəsində yerləşən , qorunan ərazi statusuna malik və işğalçı rejimin Rusiyaya təhvil verməyi planlaşdırdığı bağ evindən gedir.