İşğal altındakı Abxaziyada hərbi xidmətə çağırış başlayıb
İşğal altındakı Abxaziyada hərbi xidmətə çağırış başlayıb

 

İşğal altındakı Abxaziyada hərbi xidmətə çağırış başlayıb. Yerli KİV-in yaydığı məlumatda, separatçı rejimin prezidenti Aslan Bjanianın 2022-ci ilin oktyabr-dekabr aylarında “Abxaziya Respublikası vətəndaşlarının” hərbi xidmətə çağırılması barədə fərman imzaladığı deyilir.

Belə ki, oktyabrın 1-dən dekabrın 31-dək 18-27 yaş arası rezervdə qeydiyyatda olmayan və hərbi xidmətə çağırılmalı olan şəxslər işğal altında olan bölgədə ordu sıralarına çağırılacaqlar.

Bununla yanaşı, mətbuatda yayılan məlumatlarda hərbi xidmət müddəti başa çatan hərbçilərin hərbi xidmətdən azad olunacaqları deyilir.