İşğal altındakı Abxaziyada avqustun 1-dən ictimai yerlərdə çimərlik paltarı ilə gəzmək qadağan edilib
İşğal altındakı Abxaziyada avqustun 1-dən ictimai yerlərdə çimərlik paltarı ilə gəzmək qadağan edilib. Dırnaq arası qanunun pozulmasına görə altı min rubl (təxminən 65 dollar) məbləğində cərimə tətbiq edilib.
Bu barədə yerli KİV məlumat yayır.
“Biz cərimələmək niyyətində deyilik, sadəcə olaraq insanlar müvafiq şəkildə geyinib gəzməlidirlər. Ümid edirəm ki, məlumatlandırma vasitəsilə bu hüquqi norma vətəndaşlarımıza və qonaqlarımıza təsir edəcək və onlar elementar qaydalara əməl edəcəklər”- deyə işğal altındakı Abxaziyanın de-fakto parlamentinin üzvü Daut Xutaba açıqlayıb.
İşğal altındakı Abxaziyanın qondarma parlamenti iyunun 8-də qondarma İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib, dəyişikliyə əsasən küçələrə, meydanlara, parklara çılpaq və ya çimərlik paltarı ilə çıxmaq qadağan edilir.