“Cənubi Osetiyanın ərazi bütövlüyünü pozmağa çalışan hər bir hərəkətə, bütün gərəkən vasitələrlə və hətta gərəkirsə, güclə müqavimət göstəriləcək” – bu barədə Sxinvalinin işğalçı rejiminin parlamenti tərəfindən yayılan bəyanatda deyilir.
“Cənubi Osetiyanın qondarma de fakto parlamenti “Respublika ərazilərinə silahlı qüvvələrin daxil olması ilə bağlı” Gürcüstan iqtidarının hərəkətini, regionda hərbi-siyasi vəziyyətin destabilizasiya məqsədini daşıyan açıq aqressiya faktı kimi dəyərləndirir.
“Gürcüstanın provokasiyalı hərəkətlərini dəstəkləyən ABŞ və NATO ölkələri də Cənubi Qafqazda sabitliyin pozulmasına görə bir başa məsuliyyət daşıyacaqlar.” – deyilir bəyanatda.