İşğal altında olan Sxinvalidə bəyan edirlər ki, uşaq bağçalarında 10 gün yetəcək qədər qida tədarükü qalıb
Sxinvali rejiminin de-fakto Təhsil Nazirliyində bəyan edirlər ki, uşaq bağçalarında sadəcə 10 gün ərzində yetəcək qədər qida tədarükləri qalıb.
Bununla yanaşı, de-fakto nazirliyin rəhbəri Nina Cioeva yerli agentliyə bəyan etdi ki, məktəb yeməkxanalarında da yumurtda və qaymaq yoxdur.
Osetin medyasının məlumatına görə, qida defisiti İşğal edilən Sxinvalinin baş xəstəxanasında hiss olunmur.
İşğal altında olan Sxinvalidə qida defisitinin yaranmasına qida yüklərinin Rusiya sərhədində dayandırılması oldu. Sərhəddə mal sahiblərindən detallı elektron deklarasiyaların doldurulması tələb olunur, çünki bunu Cənubi Osetiyanın gömrük orqanlarının Rusiya ilə inteqrasiyası nəzərdə tutur.
Bununla yanaşı, yerli medyanın yaydığı məlumata görə, hər növ məhsulun gətirilməsi üçün 300 rubl ödənilməlidir.
Yerli ticarətçilər de-fakto iqtidarın nümayəndələri ilə görüşdülər və problemin həll olunacağını ümid edirlər.