İşğal altında olan Abxaziyanın de-fakto prezidentinin administrasiyasına "müxalifət qüvvələri" hücum ediblər
İşğal altında olan Abxaziyanın de-fakto prezidentinin administrasiyasına “müxalifət qüvvələri” hücum ediblər.
Aksiya iştirakçıları sözdə prezident seçkilərinin nəticələrini və Raul Xacimbanın qələbəsini qeyri-qanuni hesab edirlər.
Aksiya iştirakçıları binanın əsas girişində qapı və pəncərəyi sındırdılar. Etiraz aksiyasında 500-ə qədər insan iştirak edir.
De-fakto prezident seçkilərinin birinci və ikinci turu Abxaziyada 2019-cu ilin avqustun 25-də və sentyabrın 8-də keçirildi.
Tanınmamış “respublikanın” sözdə mərkəzi seçki komisiyası qalib olaraq Raul Xacimbayı elan etdi.
Raul Xacimba seçkilərin birinci turunda səslərin 47,39 faizini aldı, Alxas Kvitsinia isə, 46,17 faizini.
İkinci turun nəticələrinə əsasən isə, Raul Xacimba səslərin 66.55%-ni yığaraq, qalib oldu.