İşğal altında olan Abxaziyanın de-fakto parlamenti Raul Xacimbanın istefasını tələb edən sənəd hazırladı
19 səs dörd səsə qarşı – işğal altında olan Abxaziyanın de-fakto parlamentinin deputatları Raul Xacimbanın istefasını tələb edən sənəd hazırladılar.
Bir deputat isə, səs verməkdən baş qaçırtdı. De-fakto parlament 35 mandatdan ibarətdir.
Dünən bütün gün işğal edilmiş Abxaziyanın sözdə prezidentinin administrasiyasının yanında etiraz aksiyasl keçirilirdi. Etiraz edənlər de-fakto prezidentin administrasiyasına daxil olmağa çalışırdılar.
Demonstrantlar Xacimbayı etdiyi vədlərin arxasında durmamaqla və qeyri-qanuni pul xərcləməklə ittiham edirlər.
Xatırladaq ki, qondarma iqtidarın Mərkəzi Seçki Komisiyasının nəticələrinə əsasən, son prezident seçkilərində Raul Xacimba qalib olmuşdu, ancaq “müxalifət” onun qələbəsini qəbul etmir.