İsani rayonunda yerləşən 109 saylı uşaq bağçası gələn ildən yeni binaya sahib olacaq
İsani rayonunda yerləşən 109 saylı uşaq bağçası gələn ildən yeni, müasir standartlara cavab verən binaya sahib olacaq.
Tbilisi merinin müavini Kaxa Quledani Uşaq Bağçalarının İdarəedilməsi Agentliyinin rəhbəri Kaxa Abuladze ilə birlikdə davam edən tikinti prosesi ilə tanış olub.
“Ötən illərdə uşaq bağçasının qəzalı binasının sökülməsi işlərinin aparıldığı İsani rayonunda mühüm layihə həyata keçirilir. 2024-cü ildə isə yeni binanın tikintisinə başladıq. Layihə üçün büdcədən 7 milyon lariyədək vəsait ayrılıb və ilin sonunadək onun başa çatdırılması planlaşdırılır. Gələn ildən isə biz 600-ə qədər körpəni müasir və sahmana salınmış şəraitdə qəbul edəcəyik”- agentliyin rəhbəri Kaxa Abuladze deyib.
Layihə məktəbəqədər (təlim-tərbiyə) 20 qrupa hesablanıb, bu da 600-ə qədər körpəyə xidməti nəzərdə tutur. Uşaq bağçasının binası enerjiyə qənaət edən materiallarla tikiləcək və üzlənəcək, uşaq meydançaları, aktivliklər üçün açıq terraslar, ekoloji cəhətdən təhlükəsiz materiallardan hazırlanmış attraksionlar olacaq. Bina məhdud imkanlı şəxslər üçün uyğunlaşdırılacaq və uşaq təhlükəsizliyi standartlarına uyğun təchiz ediləcək.
Həmçinin, rayonun icra başçısı Nika Elisaşvili, İsani rayonunun majoritar deputatı Kaxa Labuçidze və “Gürcü Arzusu-Demokratik Gürcüstan” parlament fraksiyasının sədri Otar Qriqolia tikinti işlərinə baxış keçiriblər.
Məlumatı Tbilisinin Meriyası yayır.