İsani rayonunda, Vazisubaninin üçüncü mikrorayonunda istirahət məkanı və idman meydançası abadlaşdırılıb. Paytaxtın meri Kaxa Kaladze, İsani rayonunun icra başçısı Nika Elisaşvili və Tbilisi Sakrebulosunun deputatı Kaxa Labuçidze ilə birlikdə yenilənmiş infrastruktura baxış keçirib.
Layihə ilə nəzərdə tutulan işlər ümumilikdə 11 min kvadratmetr sahədə aparılıb ki, bunun da 5 min kvadratmetri istirahət məkanıdır.
“Tbilisidə daha bir istirahət məkanı yenilənib. Burada nə baş verdiyini şəkillərdə görmək olardı. Adi 90-cı illər – tərk edilmiş meydan , hər cəhətdən bədbəxtlik idi. Layihə İsani rayon icra hakimiyyəti tərəfindən əhalinin iştirakı ilə həyata keçirilib. Layihə çərçivəsində piyada cığırları, suvarma sistemi salınıb, yeni bitkilər əkilib, uşaq və məşq meydançaları təşkil olunub, futbol meydançası abadlaşdırılıb, gecə işıqlandırma sistemləri quraşdırılıb və bu, həqiqətən də xoş mühitdir. Bizim belə yanaşmamız və münasibətimiz var və şəhərimizi daha da yaşıl, təmiz və səliqəli etmək üçün imkan daxilində belə layihələr həyata keçirmək istəyirik” – deyə Kaxa Kaladze açıqlayıb.
Layihə çərçivəsində ərazidə uşaq attraksionları yerləşdirilib, müxtəlif növ istirahət yerləri, fitnes zonaları, stolüstü tennis oyun meydançaları təşkil edilib, eləcə də çöl işıqlandırma şəbəkəsi quraşdırılıb; Ərazi hasarla və bağ çəmənliyi ilə əhatə olunub. Meydan yaşıllaşdırılıb, müxtəlif ağaclar və bitkilər əkilib; Stullar, digər park avadanlıqları və selektiv zibil qutuları qoyulub; Dekorativ plitələr döşənib.
Kompleks işlər çərçivəsində 6300 kvadratmetr sahədə yolun bərpası işləri aparılıb, zebra keçidlər və MİŞ-lərə uyğunlaşdırılmış səkilər salınıb.