İsani rayonunda daha bir istirahət məkanı salınıb
İsani rayonunda daha bir istirahət məkanı salınıb

 

İsani rayonunda daha bir istirahət məkanı salınıb. Bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin iclasında bildirib.

O, işlərin ümumi sahəsi 11 min kvadratmetr olan ərazidə aparıldığını, bu ərazinin də təxminən yarım hektarının istirahət məkanının ərazisi olduğunu bildirib.

“İsani rayonunda, konkret olaraq Vazisubaninin 3-cü mikrorayonunun 2-ci kvartalının yaxınlığında daha bir istirahət məkanının abadlaşdırılması işləri aparılıb. Yarım hektar sahədə müasir standartlara cavab verən istirahət məkanı salınıb. Ərazidə uşaq attraksionları, istirahət guşələri, fitnes meydançası, stolüstü tennis meydançası salınmış, çöl işıqlandırma şəbəkəsi qurulmuşdur. Ağaclar və bitkilər əkilmiş, suvarma sistemi təşkil edilmişdir. Bütün işlər bu cür layihələrin icrası zamanı bizdə olan yanaşma və münasibətlə edildi. Ümumilikdə, 11 min kvadratmetr sahədə işlər görülüb. Bunun təxminən yarım hektarı konkret olaraq istirahət məkanının ərazisidir və ətraf ərazi Tbilisi Meriyasının İnfrastrukturun İnkişafı üzrə Xidməti tərəfindən abadlaşdırılıb. Fürsətdən istifadə edərək, qeyd olunan layihənin həyata keçirilməsinə görə İsani rayon icra hakimiyyətinin nümayəndələrinə təşəkkür etmək istəyirəm” – deyə Kaxa Kaladze bildirib.

O, layihə çərçivəsində yolun hər iki tərəfində məhdud imkanlı insanlar üçün uyğunlaşdırılmış səkilər və piyada cığırları salındığını bildirib.

Paytaxt meri munisipalitetin Tbilisinin bütün rayonlarında, imkanın olduğu hər yerdə oxşar layihələrin həyata keçirilməsi üçün aktiv şəkildə fəaliyyətini davam etdirdiyini açıqlayıb.

Görülən işlər çərçivəsində ərazidə idman meydançası da təşkil olunub. Layihənin ümumi dəyəri 2 332 540 lari təşkil edir.