İsani Dairə Seçki Komissiyasının sədrinin vəfatı ilə əlaqədar ittiham olunan şəxslər girov qarşılığında azadlığa buraxıldılar
İsani Dairə Seçki Komissiyasının sədrinin vəfatı ilə əlaqədar ittiham olunan şəxslər girov qarşılığında azadlığa buraxıldılar

 

 

İsani Dairə Seçki Komissiyasının sədri, Tedo Qobecişvilinin vəfatı işi ilə əlaqədar ittiham olunan Akaki Xuskivadze və Akaki Kobaladze hakim Ketevan Jachvadzenin qərarı ilə girov qarşılığında azadlığa buraxıldılar.

9 saat davam edən ilkin məhkəmə iclasında vəkillər müqəssirlərin heç bir qətimkan tədbiri olmadan azadlığa buraxılmalarını tələb edir, alternativ olaraq hakimə girov və başqa məhdudlaşdırıcı tədbirlərin istifadəsi vasitəçiliyi ilə müraciət etdilər.   

Son olaraq hakim girov məbləğini 10 min lari həcmində müəyyən etdi, müqəssirləri məhkəmə salonundanca azadlığa buraxdı və məbləğin 40 gün içində ödənilməsi tapşırığını verdi.

Müqəssirlər özlərini günahsız hesab edirlər və irəli sürülən ittihamları əsassız adlandırırlar.

Xuskivadze və Kobaladze qrup şəklində məcburetmə və rüşvət verməkdə, eləcə də qanuna zidd şəkildə döyüş vasitələrini əldə etmə və saxlamaqda ittiham olunurdular. 

İsani Dairə Seçki Komissiyasının sədri Tedo Qobecişvili noyabrın 7-də dünyasını dəyişib.