İsaak Hertsoq – İsrailin siyasi rəhbərliyi İordan çayının qərb sahilində yəhudilərin fələstinlilərə qarşı hücumlarını dayandırmaq üçün əlindən gələn hər şeyi etmədi
İsrailin siyasi rəhbərliyi İordan çayının qərb sahilində yəhudilərin fələstinlilərə qarşı hücumlarını dayandırmaq üçün əlindən gələn hər şeyi etmədi, – bu barədə İsrail prezidenti İsaak Hertsoq bildirib.
İsrail prezidentinin sözlərinə görə, dövlətin fəaliyyət qabiliyyətini təhdid edən və suverenliyin və qanunun aliliyinin həyata keçirilməsinə xələl gətirən çox ciddi millətçi cinayətlərin təzahürləri mövcuddur.
“İsrail qanunun aliliyinə əsaslanan demokratik bir dövlətdir. Heç kimin qanunu öz əlinə almağa haqqı yoxdur. Bu, İsrailin yaxşı adına böyük zərər vurur; onun imicinə bir ləkədir və ən əsası, hər şeydən əvvəl məskunlaşma prosesinin özünə zərər verir. Bu, artıq belə davam edə bilməz. Biz bütün lazımi rıçaqları təmin etməliyik və siyasi rəhbərlik də bu hadisənin dayandırılması üçün onları təqdim etməlidir. Bu hadisəni dayandırmaq və qarşısını almaq üçün istifadə edilə biləcək hüquqi və digər vasitələr mövcuddur; çünki bu bizə aid deyil, bizdən deyil, nə yəhudi, nə də İsrail xarakterlidir”, – İsaak Hertsoq qeyd edib.