İsaak Hertsoq – İsrail girovların azad edilməsi üçün hər şeyi etməyə məcburdur
İsrail girovların azad edilməsini təmin etmək üçün hər şeyi etməyə məcburdur, – bu barədə İsrail prezidenti İsaak Hertsoqun İsraillə “HƏMAS” arasında münaqişənin başlamasından altı ay keçməsi ilə bağlı dərc etdiyi məktubunda deyilir.
“Sabah saat 06:29-da bu terror aktının və dəhşətli qırğınların başlamasından altı ay keçmiş olacaq. “Bacı və qardaşlarımıza, ölkəmizə və bəşəriyyətə qarşı törədilən cinayətin başlanmasından yarım il ötür”, – deyə Hertsoq bildirir.
İsrail prezidenti ağrılara baxmayaraq, ümidlə dolu olduğunu və İsrailə inandığını yazır.
“Yarım il ərzində mən İsrail icmasını bütün əzəməti ilə gördüm və hər gün bu xalqın bir parçası olduğum üçün hədsiz qürur hissi keçirirəm”, -deyə İsaak Hertsoq yazır.