İsaak Hersoq bəyan edir ki, İsrail Livanla müharibə istəmir
İsrail prezidenti İsaak Hersoq deyib ki, İsrail Livanla müharibə istəmir. Hersoq bu barədə “Sky News”a müsahibəsində bildirib.
Hersoq İsrailin Livanla müharibə istəmədiyini söyləyərək, münaqişənin İranın regiondakı müttəfiqləri, o cümlədən Hizbullah və Yəmən Husiləri, həmçinin Qəzzada fəaliyyət göstərən Həmas tərəfindən təhrik edildiyini bildirib.
“İsrail öz rifahı, varlığı, vətəndaşları üçün mübarizə aparır. Bizim etdiyimiz budur. Və biz hər şeyi düzgün edirik”. – İsrail prezidenti bildirib
Onun sözlərinə görə, hazırda Livan “Hizbullah” terror təşkilatının girovluğundadır.
“Hizbullah”ı silahla İranın şər imperiyası təmin edirdi. – Hersoq İsrailin Qəzzadakı girovları geri qaytarmaq və İsrail vətəndaşlarını “Livan sərhədi yaxınlığındakı evlərinə” qaytarmaq istədiyini vurğuladı.