İrma Nadiraşvili - Maliyyələşdirilmənin dayandırılması ilə partiyaları hədələmək, şantaj dili ilə danışmaqdır
İrma Nadiraşvili - Maliyyələşdirilmənin dayandırılması ilə partiyaları hədələmək, şantaj dili ilə danışmaqdır

“Bu Bidzina İvanişvilinin isterikalı reaksiyadır, çünki müxalifəti qıra bilmədi və tək partiyalı parlamentdə qaldı”, – bu bəyanatı “Avropa Gürcüstanının” üzvü İrma Nadiraşvili parlamentə daxil edilən yeni qanunlayihə ilə bağlı verdi, hansına əsasən, parlamentin işində iştirak etməyən partiyaların maliyyələşdirilməsi dayandırılacaq.

Nadiraşvili qeyd etdi ki, bu addımla İvanişvili çalışır ki, sadəcə parlamentdə deyil, ondan kənarda da bir partiyalı siyasi mühit yaratsın.

Onun dediyinə görə, müxalifət qərarını dəyişdirməyəcək, parlament isə, öz fəliyyətini bir partiyalı stildə davam etdirməli olacaq.

“Partiyaların maliyyələşdirilməsi ondan ötürüdür ki, siyasətdə müxtəliflik, plyuralizm və demokratiya olsun. Siyasi partiyaları maliyyələşdirmənin dayandırılması ilə qorxutmağın və şantaj dili ilə danışmağın məqsədi isə, parlamentdə və parlamentdən kənarda bir partiyalı siyasi vəziyyət yaratmaqdır. Bu Putinin Rusiyası və Lukaşenkonun Belorusiyasına doğru addım atmaqdır.

Partiyaların qeydiyyatının ləğv edilməsi və maliyyələşdirilmələrinin dayandırılması ilə bağlı təhdidlər müxalifətin qərarını dəyişdirməyəcək. Biz parlamentə daxil olmayacağıq və Şimali-Koreya parlamenti öz tək partiyalı fəaliyyətinə davam etməli olacaq” – dedi İrma Nadiraşvili.