İrma Nadiraşvili - Bir polisin qətlə yetirilməsi üçün cəza çəkən məhbusun əfv edilməsi dövlətin fundamentini zəyiflədir
“Avropa Gürcüstanı” Gürcüstan prezidenti tərəfindən əfv edilən Ramaz Devadzenin azadlığa çıxması faktına səslənir.
Partiyanın üzvü İrma Nadiraşvilinin bəyanatına görə, belə bir qərar dövlət üçün təhlükədir, çünki söhbət bir polisi öldürən məhbusun azad edilməsindən gedir.
Onun dediyinə görə, belə bir qərar hüquqmühafizəçilərinin motivasiyasını itirir, vətəndaşlar isə, özlərini qorunmuş hiss etməyəcəklər.
“Avropa Gürcüstanının” üzvləri hesab edirlər ki, Ramaz Devadzenin əfv edilməsi, onu qoruyan kriminal avtoritet Lavas Oğlinin təsiri ilə bağlıdır.
“Salome Zurabişvili yenə bir daha təsdiqlədi ki, o məsuliyyətsiz bir insandır, hansı ki, polisi qətlə yetirdiyinə görə, 12 il yerinə sadəcə dörd il həbsdə olan kriminalı əfv etdi. O adi insanların prezidenti deyil, oğruların prezidentidir, çünki əfv edilən şəxs məhz o Lavas Oğli adlı kriminal avtoritetin dəstəsinin üzvüdür.
Lavas oğlu isə, Batumidə qara işlər görür və seçkilərdə “Gürcü Arzusuna” yardım edir. Devadzenin azad edilməsi isə, ona təşəkkür əlamətidir!” – dedi İrma Nadiraşvili.
Söhbət 2014-cü ilin dekabr ayında, Batumi gecə klublarının birində baş verən hadisədən gedir, hansında 22 yaşlı polis Taraş Mukbaniani öldürüldü.
İstintaqın məlumatına görə, alkohol təsiri altında olan Ramaz Devadzenin onunla sözlü münaqişəsi oldu. Münaqişə zamanı, Devadze polisin silahını əlindən aldı və onu başından güllələdi.
Polis Mukbaniani hadisə yerində həyatını itirdi.
Ramaz Devadzeyə isə, 2015-ci ilin sentyabrın 18-də, 12 il həbs cəzası verildi.