İrlandiyanın qərarına əsasən, diplomatik pasportu olan Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq olunacaq
İrlandiya diplomatik pasportu olan Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq etmək qərarına gəlib.
İrlandiya tərəfinin qiymətləndirməsinə əsasən, bu, sıx əlaqələrin qurulmasına və ikitərəfli münasibətlərin dərinləşməsinə kömək edəcək.
Bu barədə İrlandiyanın vitse baş naziri, xarici işlər naziri Miho Martini və Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili arasında keçirilən görüşdə qeyd edilib.
Tərəflər sözügedən qərarı alqışlayıb və qərarın gələcəkdə fəal şəkildə davam etdirilən Gürcüstan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi ilə bağlı işlərə töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər.
Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.