Irlandiyalı senator - heç də uzaq olmayan gələcəkdə biz ərazi bütövlüyünə nail olmuş Gürcüstanı görəcəyik
İrlandiyalı senatorlar Gürcüstan ərazisinin işğal xəttində, rus əsgərləri tərəfindən dəmir çəpərliklərin qoyulması faktını qınayırlar və Gürcüstana dəstək verirlər.
Bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Naziri yayır.
İdarənin məlumatına görə, İrlandiya Senatı tərəfindən dəstəklənən rezolyusiyaya paralel olaraq, senatorlar Gürcüstanın ərazi bütövlüyünü dəstəklədilər və ərazilərinin Rusiya tərəfindən işğalını qınadılar.
Senator Dermud Uilson öz çıxışında Gürcüstana səfərini xatırladı.
“İşğal xəttində olan vəziyyəti öz gözümüzlə gördük. Orada dəmir çəpərliklərlə ayrlan ailələr var. Ümid edirəm ki, senat tərəfindən qəbul edilən rezolyusiya öz qatqısını edəcək və heç də uzaq olmayan gələcəkdə ərazi bütövlüyünü bərpa etmiş bir Gürcüstanı görəcəyik” – dedi Dermud Uilson.
İrlandiya Senatı noyabrın 8-də Gürcüstanın ərazi bütövlüyünü və Avro-inteqrasiyasını dəstəkləyən rezolyusiya qəbul etdi.