İrlandiya Senatı Gürcüstanın ərazi bütövlüyünü və Avropa İttifaqına inteqrasiyasını dəstəkləyən rezolyusiya qəbul etdi
İrlandiya Senatı birgə səslə, Gürcüstanın ərazi bütövlüyünü və Avropa İttifaqına inteqrasiyasını dəstəkləyən – “Motion on support for the territorial integrity of Georgia and its integration into the European Union“ rezolyusiyasını qəbul etdi.
Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, Gürcüstana dəstək baxımındam rezolyusiyanın xüsusi əhəmiyyəti var.
Rezolyusiyada xüsusi diqqət Gürcüstanın ərazi bütövlüyünə, Rusiya Federasiyası tərəfindən Abxaziya və Sxinvali regionlarının işğalına və 2008-ci ildə qoyulan razılaşmanın şərtlərinin Rusiya tərəfindən yerinə yetirilməməsinə yetirilir.
Senat Gürcüstan və İrlandiya arasındaki sıx əməkdaşlığı salamlayır və ümid edir ki, bu əməkdaşlıq bir çox formatda daha da möhkəmlənəcək.