İrlandiya Parlamentində Gürcüstanın ilk demokratik respublika elan edilməsinin 100 illiyi ilə əlaqədar qətnamə qəbul etdilər
İrlandiya Parlamentinin Xarici İşlər, Ticarət və Təhlükəsizliyin birləşmiş komitəsi Gürcüstanın ilk demokratik respublika elan edilməsinin 100 illiyi ilə əlaqədar qətnamə qəbul etdi. Bu haqda məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.
Xarici idarənin izahatına əsasən, qətnamədə vurğulanıb ki, İrlandiyanın Xarici İşlər, Ticarət və Təhlükəsizliyin birləşmiş komitəsi, gürcü xalqını 10 illik yubiley münasibətilə təbrik edir, Gürcüstan və İrlandiya arasındakı siyasi və sektor əməkdaşlığının genişlənməsini müsbət qarşılayır, Parlamentarası əməkdaşlığın intensifikasiyası da daxil olmaqla ikitərəfli ticarət, iqtisadi və investisiya əməkdaşlığının növbəti inkişafına dəstək olur.
Bununla, Xarici İşlər Nazirliyinin məlumatına əsasən, qətnamə, Gürcüstanın ərazi bütövlüyünə, Rusiya federasiyası tərəfindən Gürcüstanın Abxaziya və Tsxinvali regionlarının işğalına və Rusiya tərəfindən 2018-cu ilin 12 avqust tarixində atəşkəsin dayandırılması haqda öhdəliyin yerinə yetirilməsi məsələlərinə xüsusi diqqət yetirir.
“Qətnamədə deyilir ki, komitə, Suriya rejimi tərəfindən Abxaziya və Tsxinvali regionlarının tanınması barədə qərarını mənfi qarşılayır. Eləcə də, Rusiya federasiyası tərəfindən işğal olunmuş regionlarda 10 il sonra, təhlükəsizlik və insan hüquqlarının qorunmasının pis vəziyyətdə olduğu vurğulanıb. Komitə, Jeneva beynəlxalq danışıqlara dəstək olduğunu bildirdi”, – Xarici İşlər Nazirliyi tərəfindən yayımlanmış məlumatda bildirilib.
İdarənin məlummatına əsasən, Gürcüstan höküməti tərəfindən son zamanlarda demokratiya konsolizasiyası, insan hüquqları, mediya azadlığı və yaxşı idarə, eləcə də, hökümətin şəffaflığı və məhkəmənin azadlığının gücləndirilməsi istiqamətində keçirilmiş islahatlar qətnamədə müsbət qiymətləndirilib.
Qətnamədə, Gürcüstanın Avropa İttifaqında inteqrasiyası məsələsinə əlavə paraqraf verilib. Sənəddə vurğulanıb ki, komitə Gürcüstan tərəfindən avrointeqrasiya yolunda nail olmuş mövcud proqresi salamlayır.