İrlandiya Respublikası Gürcüstanı təhlükəsiz ölkələr siyahısına daxil etdi.
Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qeyd olunan qərarı İrlandiya Ədliyyə Nazirliyi qəbul etdi.
İdarənin məlumatına görə, İrlandiya Gürcüstana qarşı müvafiq qərarı qəbul edən Avropa İttifaqının/şenqenin doqquzuncu ölkəsidir.
Xarici İşlər Nazirliyi açıqlayır ki, İrlandiya Respublikası tərəfindən Gürcüstanı təhlükəsiz ölkələr siyahısına daxil etməsi nəticəsində, Gürcüstan vətəndaşlarının sığınacaq barəsində ərizələrini tezləşdirilmiş halda müzakirə edəcəklər.
Gürcüstanı təhlükəsiz ölkələr siyahısına Lüksemburq, Belçika, Hollandiya, Fransa, Bolqarıstan, Avstriya, Lixtenşteyn və İslandiya daxil edib.
İrlandiya Respublikasının qeyd olunan qərarı cari ilin aprelin 16-dan qüvvədədir.