İrina İmerlişvili-Gürcüstandan bəhs edilən bütün hesabatlarda, təəssüf ki, ədalət mühakiməsi və məhkəmədə promlemlərdən də bəhs edilməsi ölkənin nüfuzuna ciddi ziyan vurur
Gürcüstandan bəhs edilən bütün hesabatlarda, təəssüf ki, ədalət mühakiməsi və məhkəmədə promlemlərdən də bəhs edilməsi ölkənin nüfuzuna ciddi ziyan vurur .Bu bir tək ümumi məhkəmələrə deyil, bütün ölkəyə ziyan vurur- bu barədə Konstitusiya Məhkəməsinin hakimi Irina Imerlişvili, Ali Məhkəməyə hakimlərin təyin edilməsinin dayandırılması barədə danışarkən bildirib.
Onun sözlərinə əsasən, Ali Ədliyyə Şurası qərarı verərkən qanuna uyğun hərəkət edib.
“Şura qərarı verərkən qanuna uyğun hərəkət etdi. Siyasi partiyalar Şarl Mişel sənədini imzaladılar. Bu halda, əgər qərarda bu və ya digər prosesin dayandırılması və ya fasilə götürülməsi ifadə edilibsə, onlar şuraya implementasiya imkanı verəcək qanun qəbul etməyə görə də məsuliyyət daşıyırdılar. Şura qanunda yazıldığı kimi hərəkət etdi. Onlar siyasi qərarlara görə məsuliyyət daşımırlar. Nəticə etibarilə, şura üzvləri qanuna tam uyğun davranacaqlarını bildirdikdə, həqiqətən qanunda belə yazılıb ki, şura üzvlərinin səlahiyyət müddəti başa çatdıqda, onlar yeni üzvləri seçməlidirlər. Ali Məhkəmə doldurulmalıdır, onlar bu müddət ərzində müvafiq prosedur əsasında hərəkət edirlər. Yenidən deyirəm, bu məsuliyyət siyasətçilər tərəfindən alınıb və Gürcüstan Parlamenti, əgər bunu beynəlxalq ictimaiyyətin tələbi ilə edir və Şarl Mişel sənədini imzalayırlarsa , qanunvericilikdə dəyişiklik etməkdən məsuldur ”-deyə Konstitusiya Məhkəməsinin hakimi Irina Imerlişvili bildirib.