IRI - növbəti şənbə günü parlament seçkiləri keçirilsəydi, fikri soruşulanların 19 faizi "Gürcü Arzusu"na, 14 faizi isə "Milli Hərəkat"a səs verərdi
IRI - növbəti şənbə günü parlament seçkiləri keçirilsəydi, fikri soruşulanların 19 faizi "Gürcü Arzusu"na, 14 faizi isə "Milli Hərəkat"a səs verərdi

 
IRI Beynəlxalq Respublika İnstitutunun tədqiqatına əsasən, növbəti şənbə günü Gürcüstanda parlament seçkiləri keçirilsəydi, fikri soruşulanların 19 faizi “Gürcü Arzusu”na, 14 faizi isə “Milli Hərəkat”a səs verərdi.

Əgər növbəti şənbə günü parlament seçkiləri keçirilsəydi, siz hansı partiyaya səs verərdiniz sualına, fikri soruşulanların 19 faizi “Gürcü Arzusu”na, 14 faizi “Vahid Milli Hərəkat”a, üç faizi “Gürcüstan Naminə- Q.Qaxaria” partiyasına, üç faizi “Qirçi – daha çox azadlıq – Zurab Qirchi Caparidze”yə , “Leyborist Partiyası”-Şalva Natelaşvili, “Lelo”, “Qirçi”, “Quruculuq Strategiyası”, “Xalq naminə – Ana Dolidze”, “Vətəndaşlar – Aleko Elisaşvili”yə iki-iki faizi səs verəcəyini bildirib. “Mühafizəkarlar Hərəkatı, Alt-İnfo”, “Droa”, Elene Xoştaria, “Avropalı Gürcüstan-Qiqa Bokeria”ya – bir faiz.

“Vətənpərvərlər Alyansı”, “Xalqın Gücü”nü və s. 1 faizdən az dəstəkləyəcəkdi.

Fikri soruşulanların 5 faizi isə iştirak etməyəcəyini, 20 faizi sualın cavabını bilmədiyini bildirib, yeddi faizi cavab verməkdən imtina edib.

IRI-ın məlumatına görə, tədqiqat üçün sahə işləri IPM tərəfindən həyata keçirilib. Göstəricilər üzbəüz müsahibələr vasitəsilə toplanıb. Seçim səsvermə hüququ və yaşında olan 1500 respondenti əhatə edib. Göstəricilər yaşa, cinsə, bölgəyə və yaşayış məntəqəsinin ölçüsünə görə ölçülüb. Səhv marjası +/- 2,5%, cavab göstəricisi 63% təşkil edir. Tədqiqatı  Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə Amerika xalqının dəstəyi ilə həyata keçirmək mümkün olub.