IRI-nin Ukraynada keçirdiyi sorğunun nəticələrinə görə, Gürcüstan Ukraynaya yardımın həcminə görə Polşa, Böyük Britaniya və ABŞ ilə birlikdə ilk dördlükdədir
IRI-nin Ukraynada keçirdiyi sorğunun nəticələrinə görə, Gürcüstan Ukraynaya yardımın həcminə görə Polşa, Böyük Britaniya və ABŞ ilə birlikdə ilk dördlükdədir

Amerika Milli-Demokratik İnstitutunun (IRI) Ukraynada keçirdiyi sorğunun nəticələrinə görə, Gürcüstan Rusiyanın hərbi qaressiyası kontekstində Ukraynaya yardımın həcminə görə Polşa, Böyük Britaniya və ABŞ ilə birlikdə ilk dördlükdədir.

Sizcə, Rusiyanın hərbi təcavüzü kontekstində Ukraynanı hansı dövlətlər və beynəlxalq təşkilatlar dəstəkləyib sualına respondentlərin 67 faizi Polşanın, 56 faizi Böyük Britaniyanın, 54 faizi ABŞ-ın adını çəkdiyini, 17 faizi isə, Gürcüstanın bu ölkəni dəstəklədiyini düşünür. Bununla yanaşı, sorğu olunanların 8 faizi hesab edir ki, Kanada, yeddi-yeddi faizi Rumıniya və Fransanı adlandırır, 4 faizi isə düçünür ki, Litva.

IRI-nin sorğusu bütün Ukrayna üzrə martın 30-dan aprelin 12-dək (işğal olunmuş ərazilər – Krım, Donetsk və Luqansk vilayətləri istisna olmaqla) aparılıb. Burada yaşı 18 və 18-dən yuxarı olan ümumilikdə 20 001 nəfər iştirak edib. Sorğu əsas telefonla keçirildi. Sorğu səhvi 2 faizi təşkil edir.