IRI-ın tədqiqatına əsasən, sorğuda iştirak edənlərin 88 faizi II İliyaya, eyni reytinqdə 51 faiz Kaxa Kaladzeyə , 44 İrakli Ğaribaşviliyə rəğbətini ifadə edir
IRI-ın tədqiqatına əsasən, sorğuda iştirak edənlərin 88 faizi II İliyaya, eyni reytinqdə 51 faiz Kaxa Kaladzeyə , 44 İrakli Ğaribaşviliyə rəğbətini ifadə edir

 
Beynəlxalq Respublika İnstitutunun (IRİ) ictimai rəy sorğusuna əsasən, sorğuda iştirak edənlərin 88 faizi Patriarx II İliyaya rəğbətini ifadə edir. Respondentlərin 51 faizi Kaxa Kaladzeyə, 44 faizi İrakli Ğaribaşviliyə rəğbətini ifadə edib. Rəyi soruşulanların 40 faizi Ana Dolidzeyə etimad göstərir. Sorğuda iştirak edənlərin 38 faizi Salome Zurabişvili, Davit Usupaşvili və Nino Lomjariayaya, 37-37 faizi Qiorqi Qaxaria və Qiorqi Vaşadzeyə rəğbətini ifadə edib.

Tədqiqata əsasən, 36 faiz Bidzina İvanişviliyə xoş niyyət göstərir. Rəyi soruşulanların 34 faizi İrakli Kobaxidzeni bəyənir. 33 faiz Elene Xoştaria, Mixeil Saakaşvili və Şalva Natelaşviliyə xoş niyyətini bildirir. Bəyənmə reytinqində Nika Melia 32 faiz dəstək görür. 31 faiz isə Xatiya Dekanoidzeyə xoş niyyət ifadə edir. Siyahıda həmçinin Aleko Elisaşvili – 30 faiz, Mamuka Xazaradze – 29 faiz, Şalva Papuaşvili – 28 faiz, Zurab Qirçi Caparidze – 26 faiz, Badri Caparidze – 23 faiz, Qiqa Bokeriya – 17 faiz, 15 faiz-lə Xatuna Samnidzenin adları da var.

Qurumlara yönəlik rəğbət və etibara gəlincə: 74 faiz gürcü ordusuna rəğbət göstərir. 68 faiz Patriarxlığa etimad göstərir. Rəyi soruşulanların 63 faizi polisi bəyənir. Yerli hakimiyyət bəyənmə reytinqində 59 faiz dəstək görüb. 55 faiz gürcü mediasına xoş niyyətini bildirib. 54 faiz Ədliyyə Nazirliyini, 50 faiz Xalq Müdafiəçisi Ofisini bəyənir. 49 faizi ictimai təhsil sisteminə xoş niyyət ifadə edir. Sorğuda iştirak edənlərin 42 faizi Baş nazirin Ofisini , 41 faizi MSK-nı, 39 faizi Gürcüstan parlamentini, 37 faizi məhkəmələri bəyənir. Rəyi soruşulanların 35 faizi Milli Banka xoş niyyətini ifadə edir. 35 faiz Prezident Ofisini, 34 faiz prokurorluğu, 32 faiz siyasi partiyaları bəyənir. Sorğulananların 26 faizi Həmkarlar İttifaqlarına rəğbət bəsləyir.

Beynəlxalq Respublikaçılar İnstitutu (IRI) bu gün ictimai rəy sorğusunun nəticələrini dərc edib.

Tədqiqat 2022-ci ilin sentyabrın 13-dən oktyabrın 2-dək Beynəlxalq Respublika İnstitutu Araşdırmaları Mərkəzi adından Baltikyanı Tədqiqatlar və Gelap Təşkilatının nümayəndəsi doktor Rasa Alişauskine tərəfindən aparılıb. Tədqiqatın sahə işləri IPM tərəfindən aparılıb. Məlumatlar üzbəüz müsahibələr vasitəsilə toplanıb. Sorğuya səsvermə hüququ və yaşında olan 1500 respondent daxildir. Məlumatlar yaşa, cinsə, bölgəyə və yaşayış məntəqəsinin ölçüsünə görə ölçülüb. Səhv marjası +/- 2,5%, cavab nisbəti 74% təşkil edir.