IRI-ın tədqiqatına əsasən fikri soruşulanların 63 faizi Avropa İttifaqını Gürcüstanın ən mühüm siyasi tərəfdaşı olaraq görür
IRI-ın tədqiqatına əsasən fikri soruşulanların 63 faizi Avropa İttifaqını Gürcüstanın ən mühüm siyasi tərəfdaşı olaraq görür

 

Beynəlxalq Respublika İnstitutunun (İRİ) tədqiqatına əsasən Gürcüstanın ən mühüm siyasi tərəfdaşları olaraq kimi görürsünüz sualına fikri soruşulanların 63 faizi Avropa İttifaqının, 47 faizi ABŞ-ı, 27 faizi Ukraynanın, 18 faizi Türkiyənin, 16 faizi Azərbaycanın adını çəkir.

Həmçinin 12 faiz Britaniyanın, 8-8 faiz Rusiya, Ermənistan və İsrail, üç faiz Çin, iki faiz Macarıstanın, bir faiz İranın adını çəkir.

Fikri soruşulanların 5 faizi hesab edir ki, onların heç biri Gürcüstanın ən mühüm siyasi tərəfdaşı deyil, beş faizi sualın cavabını bilmir və ya cavab verməkdən imtina edir.

Bununla yanaşı, bu ölkələrdən hansının Gürcüstan üçün ən böyük siyasi təhlükə olmasına dair, fikri soruşulanların 87 faizi Rusiyanın, 8-8 faizi ABŞ və Türkiyənin, 4 faizi İranın, 3-3 faizi Ermənistan və Azərbaycanın, 3 faizi Avropa İttifaqının 2 faizi Ukraynanın, 2 faizi Çinin adını çəkir.

Bununla yanaşı, fikri soruşulanların 60 faizi Avropa İttifaqının, 43 faizi ABŞ-ın, 30 faizi Türkiyənin, 22 faizi Azərbaycanın, 21 faizi Ukraynanın, 12 faizi Rusiyanın Gürcüstanın ən mühüm iqtisadi tərəfdaşı kimi adını çəkir.

Fikri soruşulanların 76 faizi Rusiyanı, 6 faizi Türkiyəni, 5 faizi ABŞ-ı, 2 faizi Aİ-ni və 2 faizi Ukraynanı Gürcüstan iqtisadiyyatı üçün ən böyük təhlükə hesab edir.

IRI-ın məlumatına görə, tədqiqat üçün sahə işləri IPM tərəfindən həyata keçirilib. Göstəricilər üzbəüz müsahibələr vasitəsilə toplanıb. Seçim səsvermə hüququ və yaşında olan 1500 respondenti əhatə edib. Göstəricilər yaşa, cinsə, bölgəyə və yaşayış məntəqəsinin ölçüsünə görə ölçülüb. Səhv marjası +/- 2,5%, cavab göstəricisi 63% təşkil edir. Tədqiqatı  Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə Amerika xalqının dəstəyi ilə həyata keçirmək mümkün olub.