İrəvanda keçirilən aksiyada 29 nəfər həbs edilib
İrəvanda keçirilən aksiyada 29 nəfər həbs edilib

Hüquq-mühafizə orqanları İrəvanda Ermənistan Xarici İşlər Nazirliyinin qarşısında keçirilən aksiyanın 29 iştirakçısını həbs edib. Məlumatı “Azadlıq” radiosunun erməni xidməti yayıb.

Bir neçə min etirazçı Ermənistan Xarici İşlər Nazirliyinin qarşısına toplaşıb. Onların əsas tələbi Ermənistanın baş naziri Nikol Paşinyanın istefası olub. Eyni zamanda mitinq iştirakçıları Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində birtərəfli güzəştlərə qarşı olduqlarını bildiriblər.

Ermənistan polisi vətəndaşları dağılmağa çağırsa da, bir müddət sonra aksiya iştirakçıları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma başlayıb. Ermənistan Daxili İşlər Nazirliyinin son məlumatlarına görə, 29 nəfər həbs edilib.