İrəvan-Sevan magistralında yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib, xəsarət alanlar var
İrəvan-Sevan magistralında yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib, xəsarət alanlar var

Gecə saatlarında İrəvan-Sevan magistralında yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

İlkin məlumata görə, xəsarət alanlar var, lakin hələlik dəqiq sayı məlum deyil.

Ermənistanın Xilasetmə Xidmətinin məlumatına görə, partlayış nəticəsində yanğın baş verib.

Hadisə yerli vaxtla saat 23:14-də baş verib. Hadisə yerinə 12 yanğınsöndürən, xilasedicilər və təcili tibbi yardım maşınları səfərbər edilib.

Partlayışın səbəbi məlum deyil.