Iratse Qarsia Perez - vədləri yerinə yetirməli və Qərbi Balkanların, eləcə də Ukrayna, Moldova və Gürcüstanın gələcəyinin Aİ-də olmasına dair aydın mesaj verməliyik
Avropa Şurasının xanımları və cənabları, siz illərdir ittifaqımıza qoşulmağı gözləyənlərin qarşısında vədləri yerinə yetirməməklə Avropa İttifaqının imicinə xələl gətirirsiniz – bu barədə Avropa Parlamentinin üzvü Iratse Qarsia Perez Avropa Parlamentində debatlar zamanı bildirib.
“Biz verdiyimiz vədləri yerinə yetirməli və Qərbi Balkanların, eləcə də Ukrayna, Moldova və Gürcüstanın gələcəyinin Aİ-də olmasına dair aydın mesaj verməliyik. Sadiqliyimiz aydındır. Yol uzun olacaq, lakin buna dəyər” -deyə avropalı parlamentari açıqlayıb.
O, həmçinin Avropa liderlərini sosial bərabərsizlik, yüksək inflyasiya, ərzaq qiymətlərinin bahalaşması və artan populizm kimi Aİ-nin daxili problemlərini həll etməyə çağırıb.
“Genişlənmə – bəli, lakin biz öz evimizin də qayğısına qalmalıyıq” -deyə Iratse Qarsia Perez bildirib.