İranlı yüksək rütbəli rəsmi şəxs bildirir ki, əgər ABŞ hərbi təzyiqi azaldarsa və İran limanlarının blokadasını qaldırarsa, İran Hörmüz boğazını açmağa hazırdır

17:46, 22.09.2026

Əgər ABŞ hərbi təzyiqi azaldarsa və İran limanlarının blokadasını qaldırarsa, İran Hörmüz boğazını açmağa hazırdır. İranlı yüksək rütbəli rəsmi şəxs anonimlik şərti ilə “Reuters” agentliyinə bildirib.

“ABŞ məsələni diplomatik yolla həll etmək istədiyini bəyan etməli, bunu rəsmi şəkildə etməli və daha sonra prosesin necə aparılacağına dair müddətlər barədə razılığa gəlməlidir”, – rəsmi şəxs bildirib.

Onun sözlərinə görə, BMT Baş Assambleyasında təmsil olunan İran nümayəndə heyəti diplomatiyanı bərpa etmək üçün tam səlahiyyətə malikdir. Həmin mənbənin məlumatına görə, Nyu-Yorkda olan İran Prezidenti Məsud Fezeşkian Baş Assambleya çərçivəsində amerikalı həmkarı ilə görüşmək niyyətində deyil. Onun bildirdiyinə görə, hərbi əməliyyatlara son qoyulması barədə razılaşmanın təfərrüatları ilə bağlı Vaşinqtonla vasitəçilər vasitəsi ilə danışıqlar sentyabrın 16-da baş tutub.

“BMT Baş Assambleyası ABŞ üçün diplomatiyaya qayıtmaq adına qızıl fürsətdir”, – deyə anonim mənbə bildirir və qeyd edir ki, Vaşinqton hər hansı nəzərəçarpan addım atarsa, Tehran bunu təqdir edəcək.

Oxşar