İranın sabiq prezidenti Mahmud Əhmədinejad prezidentliyə namizəd kimi qeydiyyatdan keçib
İranın sabiq prezidenti Mahmud Əhmədinejad prezidentliyə namizəd kimi qeydiyyatdan keçib

 
İranın sabiq prezidenti Mahmud Əhmədinejad prezidentliyə namizəd kimi qeydiyyatdan keçib.

“ABC News”un verdiyi məlumatda, 67 yaşlı Mahmud Əhmədinejadın iyunun 2-də İran prezidentliyinə namizəd kimi qeydiyyatdan keçdiyi və iyunun 28-də İran İslam Respublikasında keçiriləcək növbədənkənar seçkilərdə iştirak edəcəyi deyilir.

İran prezidenti olduğu dövrdə Əhmədinejad antisemitizm ifadələrinə görə dəfələrlə beynəlxalq tənqid obyektinə çevrilib. Bir müddət əvvəl İranın sabiq prezidenti qəfildən ölkənin indiki hökumətinin tənqidi ilə çıxış edib.

Əhmədinejad 2005-ci ildən 2013-cü ilədək iki dəfə İran prezidenti vəzifəsində olub. Onun 2009-cu ildə prezident seçilməsi etiraz aksiyaları ilə müşaiyət olunub, bu zaman onlarla insan öldürülüb, minlərlə insan həbs edilib.

Əhmədinejad Holokostu inkar etməsi və İranda LGBT insanların olmadığını iddia etməsi ilə tanınır.

Məlumat üçün bildirək ki, 2017 və 2021-ci illərdə Əhmədinejadı prezidentliyə namizəd kimi qeydiyyatdan keçirməyiblər.