İranın nümayəndəsi ballistik raketlərin Rusiyaya ötürüldüyü iddiası ilə əlaqədar Fransa Xarici İşlər Nazirliyinə çağırılıb

13:34, 13.09.2024

İran nümayəndəsi ballistik raketlərin Rusiyaya ötürüldüyü iddiası ilə əlaqədar Fransa Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə “Reuters” agentliyi diplomatik mənbəyə istinadən məlumat yayıb.

Bu həftə ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyanın İrandan ballistik raketlər aldığını və bir neçə həftə ərzində onlardan Ukraynaya qarşı istifadə edəcəyini bildirib. Söhbət qısa mənzilli Fath-360 raketlərindən gedir. Raketlərin uçuş məsafəsi 120 kilometrdir.

İran ballistik raketlərin Rusiyaya ötürülməsini inkar edir.

Oxşar