İranın Nazirlər Kabineti xarici işlər nazirinin həlak olmasından sonra Əli Baqeri Kəni onun vəzifələrinin icraçısı təyin edib
İranın Nazirlər Kabineti xarici işlər nazirinin həlak olmasından sonra Əli Baqeri Kəni onun vəzifələrinin icraçısı təyin edib

 
İranın Nazirlər Kabineti xarici işlər nazirinin həlak olmasından sonra nazirin müavini Əli Baqeri Kəni onun vəzifələrinin icraçısı təyin edib. Məlumatı “BBC” yayır.

Birinci vitse-prezident Məhəmməd Möhbərin prezident postunu tutacağı ehtimal edilir. İran konstitusiyasına əsasən, prezidentin vəfat etməsi halında birinci vitse-prezident 50 gün müddətinə prezident vəzifəsini tutur.

Dövlət mediasına danışan Məhəmməd Möhbər qeyd edib ki, onlar “qarşıya qoyulmuş vəzifələri ləngimədən yerinə yetirmək” üçün prezident Rəisinin yolu ilə gedəcəklər.