İranın müdafiə naziri deyir ki, dünənki hücumda İsrailin kəşfiyyat binaları və üç hərbi bazası hədəf alınıb və əməliyyat 90 faiz uğurlu olub
İranın raket hücumunun hədəfi İsrail kəşfiyyat xidmətinin binaları və üç hərbi baza olub. – Bu barədə İranın müdafiə naziri, general Əziz Nəsirzadə məlumat verib.
İran Müdafiə Agentliyinin rəhbərinin sözlərinə görə, “Əsl vəd” əməliyyatı 90 faiz uğurla həyata keçirilib və beynəlxalq hüquq normalarına tam uyğundur.
Əziz Nəsirzadənin sözlərinə görə, İranın hədəfləri arasında mülki obyektlər olmayıb.
Tehran əməliyyatın HƏMAS lideri İsmayıl Haniyə, Hizbullah lideri Seyid Həsən Nəsrullah və İran İnqilab Keşikçiləri Korpusunun komandiri Abbas Nilforuşanın öldürülməsinə cavab olaraq həyata keçirildiyini iddia edir.