İranın xarici işlər naziri İsfahandakı hücumun heç bir itki və dağıntıya səbəb olmadığını bildirib

11:16, 20.04.2024

İranın xarici işlər naziri Hüseyn Əmirabdolahyanın sözlərinə görə, İsfahandakı hücum nəticəsində itki və dağıntı olmayıb.

Onun sözlərinə görə, İsrailyönlü media qurumları növbəti “ümidsiz cəhd”lə məğlubiyyətdən qalibiyyət təqdim etməyə və hadisəni şişirtməyə çalışıblar.

Amerika mediasının məlumatına görə, ötən gecə İsrail İrandakı hədəflərə “məhdud” cavab zərbəsi endirib. Partlayışlar İsfahan şəhəri yaxınlığında baş verib.

Oxşar