İranın Birləşmiş Hərbi Komandanlığı İsrailə qarşı hərbi əməliyyatların başa çatdığını elan edib

16:41, 08.06.2026

İranın Birləşmiş Hərbi Komandanlığı İsrailə qarşı hərbi əməliyyatların başa çatdığını elan edib.

Komandanlığın bəyanatında qeyd olunur ki, İsrail yenidən təcavüz və düşmənçilik addımları atarsa, o cümlədən Cənubi Livanda, buna əvvəlkindən daha sərt və dağıdıcı tədbirlərlə cavab veriləcək.

Bu bəyanat ABŞ Prezidenti Donald Trampın İsrail və İrana dərhal atəşi dayandırmaq çağırışından sonra verilib.

İsrail ordusunun məlumatına görə, İran gecədən etibarən İsrail istiqamətinə ümumilikdə 24 ballistik raket atıb.

İsrail Müdafiə Qüvvələri bildirir ki, raketlər ya zərərsizləşdirilib, ya da açıq ərazilərə düşüb.

Eyni zamanda, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, ABŞ hərbçiləri də bəzi raketlərin zərərsizləşdirilməsində iştirak edib.

Oxşar