İranda zəlzələ nəticəsində 34 insan xəsarət aldı. Məlumatı İran Dövlət İnformasiya Agentliyi yayır.
İran Seysmoloji Xidmətində bildirdiklərinə görə, zəlzələ Gülüstan vilayətində gecə baş verdi.
Zəlzələnin gücü 5.1 bal idi. İlkin məlumata görə, fəlakət nəticəsində 11 kənddə 700 evə ziyan dəydi. Hadisə yerinə xilasedicilər səfərbər olunublar.