İranda Ukrayna təyyarəsinin düşürülməsinin videosunu internetdə ilk yayan şəxs həbs edilib
İranda “Beynəlxalq Ukrayna aviaxəttlərinin” təyyarəsinin düşürülməsinin videosunu internetdə ilk yayan şəxs həbs edilib.
Qeyd olunan videoyu o şəxs rəsmi İran tərəfindən təyyarənin səhv ilə vurulmasını etiraf etmədən öncə yaymışdı.
Həmin şəxsə qarşı “İranın beynəlxalq təhlükəsizliyinə verilən zərərə görən” rəsmi ittiham irəli sürüləcək.
İranın Milli Təhlükəsizlik xidmətində bəyan edirlər ki, videoyu çəkib, yaymaqda şübhəli şəxs daha öncə sorğuya çəkilmişdi.
Xatırladaq ki, yanvarın 11-də İran iqtidarı, Ukrayna təyyarəsini səhv ilə düşürdüyünü rəsmi olaraq, etiraf etdi.