İranda tarixdə ilk dəfə prezidentliyə namizəd kimi qadını qeydə alıblar
İranda tarixdə ilk dəfə prezidentliyə namizəd kimi qadını qeydə alıblar

 
İranda tarixdə ilk dəfə prezidentliyə namizəd kimi qadını qeydə alıblar.

İran İslam Respublikasının seçki qərargahının nümayəndəsi məlumatı yayıb.

Söhbət İran prezidentliyinə namizəd kimi rəsmi olaraq qeydiyyatdan keçən ilk qadın Zöhrə Elahiandan gedir.

Bundan əvvəl İranın seçki administrasiyasında üç qadını qeydiyyatdan keçirmədiklərini deyiblər, çünki onlar “meyarlara cavab verməyiblər”.

Ümumilikdə 17 nəfər İranda keçiriləcək prezident seçkilərində iştirak etmək istəyini ifadə edib.

Tehranın meri Alirez Zakani, İranın qanunverici orqanının sabiq sədri – Əli Laricani, İranın Mərkəzi Bankının sabiq rəhbəri Abdolnaser Hemati, ölkənin ruhani liderinin İranın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, İranın İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı Vahid Haqaniani və İran Parlamentinin fəaliyyətdə olan altı üzvü və beş sabiq üzvü onların arasındadır.

İran İslam Respublikasında prezident seçkiləri iyunun 28-də keçiriləcək.