İranda son 24 saat içində koronavirusdan 142 nəfər həlak oldu. Son bir gündə, ölkə miqyasında infeksiyanın 2 262 yeni halı qeydə alınıb.
İran Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə pandemiyanın başladığından etibarən, koronavirusun 252 720 halı qeydə alınıb.
Həlak olanların sayı 12 447-ə çatır.
Kritik vəziyyətdə 3 319 pasiyent qalır.
Sağalan pasiyentlərin sayı 215 015-dır.