İranda son 24 saat ərzində koronavirusdan 143 nəfər həlak oldu.
Bu haqda məlumatı İran Səhiyyə naziri yayır.
Tehranda bəyan edirlər ki, bu günə qədər ölkədə koronavirusdan 2 077 nəfər həlak olub.
Con Hokkins Universitetinin göstəricilər bazasına əsasən, İranda infeksiyaya yoluxanların sayı 24 811-dir. 8 913 nəfər isə, müalicə nəticəsində sağalıb.
İrana humanitar yardımı Çin, Rusiya, Ümumdünya Səhiyyə təşkilatı və Almaniya göndərdi.
ABŞ-ın yardımından isə, İran iqtidarı imtina etdi.