İranda son 24 saat ərzində, koronavirusdan 124 nəfər həyatını itirdi
İranda son 24 saat ərzində, koronavirusdan 124 nəfər həyatını itirdi. Bir gündə infeksiaya yoluxanların sayı isə, 2875-lə artıb.
Bu barədə məlumatı İran Səhiyyə Nazirinin mətbuat katibi Kyanuş Cahanpur verdi.
Onun dediyinə görə, ölkədə koronavirus 50 468 nəfərdə təsdiqləndi.
Ölənlərin sayı isə, 3136-dir.
“Hazırda kritik vəziyyətdə olanların sayı 3956-dır. 16 711 pasiyent isə, sağalıb” – deyir Cahanpur.