İranda parlament seçkiləri keçirilir.
Yerli medyanın məlumatına görə, bütün ölkə miqyasında seçki məntəqələri səhər saat səkkizdən açıldı.
Səs vermə proseduru saat 20:00-a qədər davam edəcək.
Deputatlar birbaşa və gizli səs vermə qaydası ilə dörd il müddəti iə seçiləcəklər.
Seçkilərdə iştirak etmək üçün 15 minə dərə namizəd qeydiyyatdan keçmişdi, onlardan 7 296-si diskvalifikasiya edildi.
Seçkilər başlayana qədər ölkənin dini lideri Ayatolla Ali Xameneyi bəyanat verdi.
O əhaliyi seçkilərə gəlməyə çağırdı.
Dini liderin dediyinə görə, seçkilərdə iştirak etmək “dini öhdəlikdir” və bu İranın milli maraqlarının zaminidir.