İranda mədəndə metan partlaması nəticəsində azı 30 nəfər həlak olub
İranın şərqindəki Cənubi Xorasan əyalətində kömür mədənində metan qazının partlaması nəticəsində azı 30 nəfər ölüb, 17 nəfər yaralanıb. Bu barədə İranın dövlət xəbər agentliyi məlumat yayıb.
Cənubi Xorasan vilayətinin başçısı Cavad Genatın sözlərinə görə, xilasedicilər hazırda dağıntılar altından 22 şaxtaçını çıxarmağa çalışırlar.
Xilasetmə əməliyyatı mədəndə metanın yığılması ilə çətinləşir.
Məlumata görə, partlayış sentyabrın 21-i axşam saatlarında baş verib.
İran dövlət televiziyasının məlumatına görə, faciə zamanı şaxtada 69 nəfər olub. 17 yaralı xəstəxanaya çatdırılıb.
İran prezidenti Məsud Pezeşkian şaxtada baş vermiş partlayış nəticəsində həlak olanların və yaralananların ailələrinə başsağlığı verib.