İranda koronavirusa yoluxan 103 yaşlı pasiyent sağaldı.
İranın Semnan Elmlər Universitetinin rektoru Nevid Danayın məlumatına görə, 103 yaşlı pasiyent xəstəliyi tamamilə məğlub etdi və xəstəxanadan sapa-sağlam çıxardıldı.
Koronavirusdan sağalan 103 yaşlı qadının kimliyi bildirilmir.
Xatırladaq ki, İranda tam olaraq, koronavirus xəstəliyinindən müəlicə nəticəsində sağalanların sayı 5 389-dür.
988 nəfər isə, xəstəlikdən həlak oldu.
İnfeksiyaya yoluxanların sayı isə, tam olaraq, 16 169 nəfərdir.