İranda Dövlət Televiziyasının üç jurnalisti tamaşaçıdan üzr istədi və işindən istefa etdi
İranda Dövlət Televiziyasının üç jurnalisti istefa etdi.
Bu barədə məlumatı “The Guardian” yayır.
Teleaparıcılardan biri Gelare Cabbari ictimaiyyətə öz qərarını sosiyal şəbəkə instaqramdan bildirdi və izləyicilərlədən “onları 13 il ərzində aldatdığı üçün” üzr istədi, ancaq Cabbari daha sonra öz yazısını sildi.
“Xalqımızın öldürüldüyünə inanmaq mənim üçün çox çətin oldu. Bağışlayın ki, bunu çox gec öyrəndim. Bağışlayın ki, sizi 13 il ərzində aldadırdıq” – yazırdı teleaparıcı sosiyal şəbəkədə.
İşlərindən istefa edən digər jurnalistlər isə, İran İslam Respublikasının İctimai Yayımçısının (İRİB) aparıcılarıdır.
“Məni bu günə qədər aparıcı olaraq, qəbul etdiyiniz üçün təşəkkür edirəm, Televiziyaya artlq qayıtmayacam. Məni bağışlayın” – yazır Zahra Hatami.
“Karyerim boyunca mənə dəstək olduğunuz üçün təşəkkür edirəm. Radyo və televiziyada 21 il işlədikdən sonra, medyada çalışmağa artıq davam edə bilməyəcəm. Mən bunu bacara bilməyəcəm” – yazır yenə bir jurnalist Saba Radi.
Xatırladaq ki, İranda kütləvi etiraz aksiyaları İran iqtidarının Ukrayna təyyarəsinin səhvlə saldırıldığını etiraf etməsindən sonra başladı.