İran və İraq ABŞ prezidenti Donald Trampın həbs edilməsi ilə bağlı əmr verdilər
İran və İraq ABŞ prezidenti Donald Trampın həbs edilməsi ilə bağlı əmr verdilər.
Yaxın Şərqin iki ölkəsi Donald Trampı keçən ilin yanvar ayında, “İran İnqilab ordusu korpusunun” generalı Ğaseim Süleymani və onun İraqlı həmkarı, “Şiyələr Milisiyasının” başçısı Abu Mahdi Muhandisin qətlə yetirilməsində ittiham edirlər.
İran Trampın həbs edilməsi üçün İnterpola ərizə daxil etdi.
İranın Məhkəmə Sisteminin mətbuat katibi Ğolamhoseyn Esmailin dediyinə görə, İran İslam Respublikası qeyd olunan cinayəti törədənlərin cəzalandırılması məsələsinə ciddi yanaşır.
ABŞ prezidentinin həbs edilməsini Bağdad İstintaq Məhkəməsi də tələb edir, hansı ki, pilotsuz uçan aparat tərəfindən edilən avia-hücüm məsələsinin istintaqını aparır.
İranlı və İraqlı yüksək-rütbəlilər 2020-ci ilin yanvarın 3-də, Bağdad hava limanının yanında qətlə yetirilmişdilər.