İran və Azərbaycan koordinasiyalı taktiki hərbi təlimlər keçirir
İran və Azərbaycan koordinasiyalı taktiki hərbi təlimlər keçirir

İran və Azərbaycan koordinasiyalı taktiki hərbi təlimlər keçirir.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında taktiki təlimlər keçirilir. Burada hərbi qulluqçular, hərbi texnika, aviasiya texnikası və pilotsuz uçuş aparatları iştirak edir. Həmçinin, komandirlərin qərar qəbuletmə bacarıqlarının və peşəkarlıq səviyyəsinin yüksəldilməsi və iştirakçı bölmələrin qarşılıqlı fəaliyyətinin gücləndirilməsi nəzərdə tutulur.

Azərbaycanla İran arasında əldə olunmuş razılıq əsasında müvafiq qüvvələrin cəlb olunması ilə İran ərazisində də taktiki təlimlər keçirilir. Təlimlər zamanı strateji obyektlərin və kommunikasiya xətlərinin mümkün təxribat fəaliyyətlərindən qorunması üçün müxtəlif tapşırıqlar əlaqələndirilmiş şəkildə yerinə yetirilməlidir.