İran Səfirliyi - İran xalqı gürcü millətinin qanunvericiliyinə və mədəniyyətinə hörmət edir
İran Səfirliyi - İran xalqı gürcü millətinin qanunvericiliyinə və mədəniyyətinə hörmət edir

İran İslam Respublikasının Gürcüstandaki Səfirliyi bəyanat yayır.

Bəyanatda qeyd olunur ki, İran Səfirliyi və İran dövlətinin müğənni Emir Tatlu və onun Gürcüstandaki konserti ilə nə bir bağlantısı, nə də konsertin təşkili edilməsi ilə bağlı məlumatı yoxdur.

“Tbilisidə keçirilən konsertdə, İranlı müğənninin qeyri-etik hərəkətinə görə, gürcü ictimaiyyətinin göstərdyi narahatçılıqdan dolayı, İran İslam Dövlətinin Səfirliyi təəssüfünü bildirir. Həmçinin, qeyd olunmalıdır ki, müxtəlif cinayətlərə görə, həmin müğənniyə qarşı İranda cinayət işləri qaldırılıb.

Uzunmüddətli birgə tarixi olan iki ölkə arasındaki ləyaqətli qonşuluq münasibətlərini müəyyən insanların nəlayiq hərəkətləri poza bilməyəcək. İran xalqı gürcü millətinə və mədəniyyətinə hörmət edir və hansısa müğənninin qeyri-etik hərəkətinin, İran hökümətinn və xalqının mövqeyi ilə heç bir əlaqəsi yoxdur.