İran İslam Respublikasınının Gürcüstandaki səfiri Seyid Cavad Şahidi Birinci kanal ilə müsahibə zamanı bəyan etdi ki, Gürcüstan və İran arasında iqtisadi əlaqələr ildən ilə daha da dərinləşir.
İranlı diplomat hesab edir ki, iki ölkə arasında bir çox ortaq nöqtə var.
“Keçən il İrandan Gürcüstana gələn turitlərin sayı 300 mini aşdı, beş il bundan əvvəl isə, iranlı turistlərin illik sayı 100-ə belə çatmırdı. Ehtimala görə, yaxın gələcəkdə iranlı turistlərin sayı yarım milyon olacaq. İran xalqı gürcüləri sevir və burda yaxşı qarşılanır. Sevməsə gəlməzdi” – dedi Səfir.
Səfir qeyd etdi ki, Gürcüstan-İran arasındaki ticari dövriyyə 39%-lə artıb və ümumi məbləğdə 182 milyon dollar təşkil edir.
Onun dediyinə görə, 2017-ci ildə Gürcüstana hər zamankindən daha çox sayda investor gəldi.